"France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna verilən "qızıl top" mükafatının sahibi məlum olub. SİA-nın məlumatına görə, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilib. "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qalib adına layiq görülüb.
33 yaşlı yarımmüdafiəçi ilk dəfə bu mükafata sahib çıxıb. Kriştiano Ronaldo 2-ci, Antuan Qrizmann 3-cü olub.
Qeyd edək ki, Modriç FIFA-nın təsis etdiyi "The Best" mükafatını da qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB