"Fənərbaxça" yenə hollandiyalıya tapşırıldı

"Fənərbaxça" yenə hollandiyalıya tapşırıldı

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib. Bu barədə İstanbul klubunun idman direktoru Damien Komolli məlumat verib. O bildirib ki, hazırda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ervin Kumanla yola davam etmək istəyirlər: "Kumana təklifimizi etdik. Özünə də dedik ki, komandanı sizin çalışdırmağınızı istəyirik. Məşqçi də bu məsələyə müsbət yanaşdı. Məhz onun baş məşqçi olmağını arzulayırıq".

Qeyd edək ki, Filip Kokunun istefasından sonra "Fənərbaxça"nı oyunlara Kuman çıxarırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə