"Borussiya" "Fortuna"ya 3 cavabsız qol vurub

"Borussiya" "Fortuna"ya 3 cavabsız qol vurub

Almaniya Bundesliqasında 10-cu turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, Münhenqladbax "Borussiya"sı evdə "Fortuna"ya 3:0 hesabı ilə qalib gəlib.

Bundesliqada turnir cədvəlinə 24 xalla "Borussiya Dortmund" başçılıq edir. "Borussiya Münhenqladbax"la "Bavariya" 20 xalla 2-3-cü yerləri bölüşürlər. "Leyptsiq" 19 xalla 4-cüdür. 5 xalı olan Düsseldorf "Fortuna"sı 17-cidir.

"Borussiya Münhenqladbax" - "Fortuna Düsseldorf" 3-0

Qollar: Torqan Hazard, 48 (pen.), 82, Yonas Hoffman, 67

Bütün xəbərlər Facebook səhifəmizdə