Mourinyodan "Yuventus" azarkeşlərinin söyüşünə məntiqli cavab...
Futbol üzrə UEFA Çempionlar Liqası qrup mərhələsinin 3-cü turunda “Mançester Yunayted” - “Yuventus” oyununda (0:1) Turin klubunun azarkeşləri meydan sahiblərinin baş məşqçisi Joze Mourinyonu təhqir ediblər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir zamanlar İtaliya “İnter”ini də çalışdırmış portuqaliyalı mütəxəssis ünvanına yağdırılan təhqirləri cavabsız qoymayıb.
O, azarkeşlərə 3 barmağını göstərərək “Yuventus”un tarixi ərzində əldə etmədiyi, lakin onun 2010-cu ildə “İnter”lə qazandığı 3 böyük uğuru – İtaliya A seriyası, İtaliya Kuboku və UEFA Çempionlar Liqasının qalibi olmasına işarə edib.
Mourinyo oyundan sonra mətbuat konfransında da hadisə ilə bağlı danışıb: “Verdiyim cavab açıq idi. Məni sevmədiklərini bilirəm. Onlar üçün ən çətin dönəm “İnter”lə 3 böyük nəticəni qazandığım il idi”.
Qeyd edək ki, sözügedən komandaların yer aldığı H qrupuna 9 xalla “Yuventus” başçılıq edir. “Mançester Yunayted” 4 xalla 2-ci pillədə qərarlaşıb. 2 xalı olan “Valensiya” 3-cü, “Yanq Boys" isə 1 xalla 4-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB