Tribuna çökdü, azarkeşlər xəsarət aldılar - FOTOLAR

Tribuna çökdü, azarkeşlər xəsarət aldılar - FOTOLAR

İspaniya La Liqasında “Sevilya”nın səfərdə “Eybarı” 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qonaq komandanın azarkeşlərinin olduğu tribuna çöküb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə “Sevilya”nın oyunun 58-ci dəqiqəsində 2:0 hesabı ilə önə keçdiyi zaman baş verib. Qoldan sonra azarkeşlər sevinərkən tribuna uçub və bir neçəsi xəsarət alıblar. “Eybar” klubundan verilən rəsmi açıqlamada 8 azarkeşin xəstəxanaya aparıldığı, ciddi yaralanmanın olmadığı bildirib.

“Sevilya” klubundan isə qalibiyyətin tribuna qəzasında yaralananlara həsr edildiyi açıqlanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə