"Real"da Ronaldonun yerini kim tutub?

"Real"da Ronaldonun yerini kim tutub?

"Real"da 7 nömrəli formanı geyincək futbolçu müəyyənləşib. SİA-nın məlumatına görə, Kriştiano Ronaldonun gedişindən boş qalan forma yeni transfer Mariano Diasa verilib.

Qeyd edək ki, 25 yaşlı dominikanlı futbolçu "Real”ın yetirməsidir. "Kral Klubu" onu ötən ilin yayında "Lion"a 8 milyon avroya satıb, bu yay 21,5 milyona geri qaytarıb. O, "Lion"un heyətində 48 rəmi oyuna çıxaraq 21 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə