Samuel Eto`o: “Danışıqlar aparmadığımı desəm, yalan olar"

Samuel Eto`o: “Danışıqlar aparmadığımı desəm, yalan olar"

Türkiyənin “Konyaspor” klubundan ayrılan kamerunlu futbolçu Samuel Eto`o Fransa klublarından birinə transfer oluna bilər. SİA-nın məlumatına görə, məşhur futbolçu bu haqda xarici mətbuata açıqlama verib. O, Fransa klublarından təkliflər aldığını bildirib: “Danışıqlar aparmadığımı desəm, yalan olar. Təkliflər var. Karyeramın sonuna yaxınlaşıram. Mənə ən uyğun olan təklifi dəyərləndirəcəyəm”.

O, PSJ klubunun azarkeşi olduğunu qeyd edib: “Karyeram bitənə qədər bu klubda oynayıb-oynamayacağımı bilmirəm. Mənim üçün önəmli olan oynamaq, qol vurmaq və əylənməyə davam etməkdir. Daha iki mövsüm oynayıb, karyeramı bitirib və yeni həyata başlamağı hədəfləmişəm”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə