"Çelsi" Levandovskini transfer etmək niyyətindədir

"Çelsi" Levandovskini transfer etmək niyyətindədir

"Çelsi" hücum xəttini Robert Levandovski ilə gücləndirməyə çalışır. SİA-nın məlumatına görə, transferlə bağlı "Bavariya" ilə danışıqlar davam edir. 29 yaşlı Levandovski "Real"ın da diqqət mərkəzindədir. “Kral klubu“ transfer üçün 100 milyon dollar təklif edir. Amma londonluların nə qədər məbləğ təklif etdiyi bilinmir. Londonluların baş məşqçisi Maurizio Sarri transferin tez başa çatmasına çalışır. Çünki İngiltərə Premyer Liqasında transfer pəncərəsi avqustun 9-da bağlanır.

Xatırladaq ki, Levandovski "Bavariya2nın heyətində 126 oyun keçirib,106 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə