İspaniya derbisində inanılmaz hesab - 5:0

İspaniya derbisində inanılmaz hesab - 5:0

Dünya futbolnun ən önəmli matçı və "El Klasiko" adlanan "Barselona" - "Real" oyunu baş tutub. SİA-nın məlumatına görə, 31 xalla ikinci pillədə olan "Barselona" ilə 32 xalla turnir cədvəlinə liderlik edən "Real"ın üz-üzə gəlməsi hamıda çox böyük maraq doğururdu. Çoxları bu oyunda hesabın heç də böyük olmayacağını düşünürdülər. Ancaq "Barsa" bütün fikirləri alt-üst edib. Belə ki, Lionel Messinin liderlik etdiyi kollektiv rəqib qapısından 5 cavabsız top keçirib. Oyunda qolları 10-cu dəqiqədə Xavi Hernandes, 18-ci dəqiqədə Pedro Rodriges, 55 və 58-ci dəqiqələrdə David Vilya, 90+1-ci  dəqiqədə Ceffren Suares vurub.

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyə qədər ümumilikdə 209 dəfə qarşılaşan komandalardan "Real"ın 85, "Barsa"nın isə 82 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb. Bu matçlar ərzində "Real" futbolçuları 340 dəfə "Barsa" qapıçılarını cəzalandıra bilmişdisə, "Barsa" buna 333 dəfə nail olub.
Klublar La Liqa çərçivəsində 161 dəfə üz-üzə gəlib ki, burda da yenə "Real"ın üstünlüyü var. "Kral klubu" 68 matçdan 3 xalla ayrıldığı halda, "Barselona" 63 dəfə meydanı qələbə ilə tərk etdi. 30 qarşılaşmada isə qalib müəyyən olunmayıb. Qol hesabında da Madrid təmsilçisi öndədi - 263:250.

Bütün xəbərlər Facebook səhifəmizdə