Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir. SİA xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.
Xatırladaq ki, 2017-ci ildə Avropa çempionatında gənclər arasında qızlardan ibarət yığmamız komanda hesabında üçüncü yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB