Braziliya Futbol Konfederasiyası yığmanın üzvü Fernandinyoya qarşı hücumlarla bağlı müraciət yayıb. SİA-nın məlumatına görə, Fernandinyo və ailəsi sosial şəbəkələrdə təhqir olunur, hədələnir. O, DÇ-2018-in 1/4 finalında Belçika ilə keçirilən görüşdə avtoqolla yadda qalmışdı. Braziliya mübarizəni dayandırdıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Fernandinyonu “qurbanlıq” seçiblər. Federasiyanın məsələ ilə bağlı yaydığı müraciətdə deyilir:
“Braziliya Futbol Konfederasiyası Fernandinyoya və ailəsinə olan irqçi hücumları pisləyir. Futbol özündə vahid rəngi, insanların mədəniyyətlərini birləşdirir. Hücumları dayandırın. Biz səninləyik, Fernandinyo. İrqçilik qalib gələ bilməz!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB