İyulun 14-15-də “Dalga Beach”in idman meydançasında futvolley üzrə milli komandalardan ibarət beynəlxalq açıq turnir keçiriləcək (Baku World Open İnternational Futvolley Tournament). Azərbaycan Futnet Federasiyasının (AFNA) təşkil etdiyi və 2 gün davam edəcək turnirdə 10 ölkənin milli komandası təmsil olunacaq. AFNA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda Braziliya, Almaniya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan, İsrail, Avstrya və Azərbaycan yığmaları birincilik uğrunda mübarizə aparacaqlar.
Azərbaycanın idman tarixində ilk dəfə olaraq sözügedən növ üzrə Braziliya milli komandası ölkəmizə təşrif buyuracaq.
Yarışdan öncə yerli şou biznes nümayəndələrinin və futvolley üzrə dünya ulduzlarının iştirakı ilə möhtəşəm açılış mərasimi keçiriləcək. Dünyanın 4 ən güclü futvolleyçisi də Bakı turnirində iştirak edəcək. Anderson Aquinyo (Braziliya), Erik Drent (Hollandiya), Kasper Şlebuniç (Almaniya), Onni Kohen (Portuqaliya) kimi güclü idmançılar paytaxtımızda qalib adı uğrunda yarışacaqlar.
Turnir başa çatdıqdan sonra hər gün dənizkənarı diskoteka təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB