“Bavariya”nın futbolçusu: "Günahı Lövdə yox, futbolçulardadır"

“Bavariya”nın futbolçusu: "Günahı Lövdə yox, futbolçulardadır"

“Bavariya”nın müdafiəçisi Cerom Boatenq bildirib ki, millidə karyerasını başa vurmaq fikrində deyil. “Die Welt”-in yaydığı xəbərə görə, DÇ-2018-ə erkən vida etmələri səbəbindən ölkənin əsas komandasından getməsinin mümkünlüyü ilə bağlı suala cavab verərkən o deyib: “Mənim qarşımda heç vaxt belə məsələ durmayıb. Hesab edirəm ki, karyeramın zirvə nöqtəsində deyiləm. Birmənalı şəkildə millidə karyeramı davam etdirmək haqda düşünürəm”.

Boatenq millinin baş məşqçisi Yoahim Löv haqda da danışıb: “İstənilən halda, o, millidə qalmalıdır. Löv DÇ-2018-də bizə dəqiq tapşırıqlar verdi, amma bunları icra edə bilmədik”.

Xatırladaq ki, Almaniya millisi mundialda qrup səddini aşa bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə