Meksikalı futbolçudan dünya çempionatında yeni rekord

Meksikalı futbolçudan dünya çempionatında yeni rekord

Meksika milli komandasının futbolçusu Xesus Qalyardo dünya çempionatları tarixində ən tez sarı vərəqə alan futbolçu olub. 4 yaşlı müdafiəçi DÇ-2018-in F qrupunun 3-cü oyununda İsveçlə matçın 15-ci saniyəsində sarı vərəqə ilə cəzalandırılıb. O, rəqib futbolçu Ola Toyvonenə qarşı kobudluq edib.

Qeyd edək ki, Meksika - İsveç matçında birinci hissə oynanılır və hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə