“Qarabağ” Abdulla Zubirin transferini açıqlayıb

“Qarabağ” Abdulla Zubirin transferini açıqlayıb

“Qarabağ” fransalı futbolçu Abdulla Zubirin transferini açıqlayıb. Klubun saytında yer alan xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub. Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə