Bakıda keçirilən DÇ-də daha bir kateqoriyada finalçılar bəlli olub

Bakıda keçirilən DÇ-də daha bir kateqoriyada finalçılar bəlli olub

Bakıda keçirilən velosiped idmanın BMX növü üzrə dünya çempionatında gənc kişi idmançılar arasında yarışların finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, həlledici mərhələdə kolumbiyalı Kamilo Xuan Ramirez Valensia, Xavier Karlos Zuluaqa Melo, böyük britaniyalı Ross Kullen, niderlandlı van Heuqten lan, avstraliyalı Kye Affoo, argentinalı Emiliano de la Fuente, çilili İqnasio Maurisio Molina Verqara və fransalı Leo Qaroyan mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500 idmançı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə