"Real" 2018-19 mövsümündə istifadə edəcəyi yeni ev və səfər formalarını təqdim edib. Madrid klubunun əsas formasında ənənəvi ağ, səfər formasında isə qara rəngə üstünlük verilib. Yeni formalar "Adidas" tərəfindən hazırlanıb.
Kriştiano Ronaldonun təqdimatda iştirak etməməsi diqqət çəkib. Bu, portuqaliyalı ulduzun "Adidas"ın rəqibi "Nike" ilə şəxsi müqaviləsinin olması ilə əlaqələndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB