Gimnastımız “AGF Junior Trophy” turnirində bürünc medal qazanıb

Gimnastımız “AGF Junior Trophy” turnirində bürünc medal qazanıb

Milli Gimnastika Arenasında keçirilən “AGF Junior Trophy” turnirində halqa ilə yarışların qalib və mükafatçıları müəyyənləşib. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub və bürünc medala layiq görülüb.

İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə