“Beşiktaş”ın yay fasiləsində heyətinə qatacağı ilk futbolçu məlum olub. Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Şaxtyor”un yarımmüdafiəçisi Bernardla razılıq əldə edib. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı bildirilir. Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm Donetsk klubunun heyətində ümumilikdə 29 oyun keçirib və 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB