“Neftçi”nin məşqçisi 5 oyunluq cəzalandırıldı

“Neftçi”nin məşqçisi 5 oyunluq cəzalandırıldı

AFFA-nn İntizam Komitəsinin iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən iclasda qərara alınanları nəzərinizə çatdırır:

3 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının X turunun "Neftçi" – "Gəncə" matçının 39-cu dəqiqəsində "Gəncə" klubunun 5 №-li futbolçusu Mətləb Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1)
Fasilə zamanı "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4)
 
23 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının X turunun MOİK – "Simurq" matçının 89-cu dəqiqəsində MOİK klubunun 12 №-li futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48)
 
22 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun "Qəbələ" – AZAL matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
 
19 oktyabr 2010-cu il Azercell U-17 Liqasının AZAL – "Muğan" matçının 73-cü dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Nicat Asdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1)
 
19 oktyabr 2010-cu il Azercell U-17 Liqasının "Neftçi" – "Gəncə" matçının 75-ci dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Aslan Hüseynov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1)
 
19 oktyabr 2010-cu il Azercell U-17 Liqasının "MKT Araz" – "İnter" matçının 43-cü dəqiqəsində "İnter" klubunun 5 №-li futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48)
 
14 oktyabr 2010-cu il Kapital Bank U-15 Liqasının "Xəzər Lənkəran" – "Turan" matçının 65-ci dəqiqəsində "Turan" klubunun 9 №-li futbolçusu Budaq Nəsirov aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
 
20 oktyabr 2010-cu il Kapital Bank U-15 Liqasının "Gəncə" – "MKT Araz" matçının 59-cu dəqiqəsində "Gəncə" klubunun 4 №-li futbolçusu Samir Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48)
 
21 oktyabr 2010-cu il Kapital Bank U-15 Liqasının "Turan" – "Qarabağ" matçının 69-cu dəqiqəsində "Turan" klubunun 6 №-li futbolçusu Rəhman Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48)
Oyunun 69-cu dəqiqəsində "Qarabağ" klubunun 14 №-li futbolçusu Ələsgər İsmayılovun aqressiv oyuna görə (rəqibə əli ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
 
17 oktyabr 2010-cu il U-14 Liqasının AZAL – "Bakı" matçının 47-ci dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Zakir Zakirli aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
 
17 oktyabr 2010-cu il U-14 Liqasının UGİM – "Kümrük" matçının 49-cu dəqiqəsində "Kümrük" klubunun 3 №-li futbolçusu Ələddin Əlicanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48)
 
17 oktyabr 2010-cu il U-14 Liqasının "Şəmkir" – RİOEUGİM (Ağstafa) matçının 16-cı dəqiqəsində RİOEUGİM (Ağstafa) klubunun 10 №-li futbolçusu Vüsal Musayev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1)
 
14 oktyabr 2010-cu il U-14 Liqasının "Babək" – "Şahdağ" matçının 43-cü dəqiqəsində "Şahdağ" klubunun 16 №-li futbolçusu İlyas Ataxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48)
 
16 oktyabr 2010-cu il U-13 Liqasının "Abşeron" – "Şəhriyar" matçında "Abşeron" klubunun 5 №-li futbolçusu Ceyhun Bəşirlinin əvəzinə lisenziyası olmayan başqa futbolçu oynadığı üçün "Abşeron" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51)
 
20 oktyabr 2010-cu il Həvəskarlar arasında Respublika birinciliyinin "Mil" – "Ərgünəş" matçının 81-ci dəqiqəsində "Mil" klubunun 4 №-li futbolçusu Elgün Əzimli aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3)
 
22 oktyabr 2010-cu il tarixində Futzal üzrə Azərbaycan çempionatının "Ekol" – "Neftçi"İSM matçının 18-ci dəqiqəsində "Ekol" klubunun 1 №-li futbolçusu İntiqam Babayev aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 38.3)
Oyunun 33-cü dəqiqəsində "Neftçi"İSM klubunun 10 №-li futbolçusu Rüfət Balakişiyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 10 manat cərimə olunur (maddə 48)
      16 oktyabr 2010-cu il U-13 Liqasının "Təhsil" – "Çıraqqala" matçında "Çıraqqala" klubunun məşqçisi Nəriman Əzimov AFFA-nın və AFFA əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi üçün məşqçi 10 oyunluq cəzalandırılır (maddə 83)

Bütün xəbərlər Facebook səhifəmizdə