Futbol üzrə İtaliya çempionatının 24-cü turunun "Fiorentina"ya qarşı keçirilən oyunu "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub. SİA-nın məlumatına görə, "Yuventus"un 2:0 hesablı qələbəsi ilə yekunlaşan matç, qapıçının Turin klubunun heyətində A Seriyasında 500-cü oyunu olub.
Buffon "Yuventus"a 2001-ci ildə "Parma"dan transfer olunub. O, Turin komandasının heyətində ümumilikdə 640 matç keçirib ki, onun da 500-ü ölkə çempionatına təsadüf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB