Azərbaycan Kubokunda idmançılar canlı müsiqi ifa etdilər

Azərbaycan Kubokunda idmançılar canlı müsiqi ifa etdilər
Kapoeyra üzrə Azərbaycan Kubokuna yekun vurulub. Bu barədə SİA-ya Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov məlumat verib. Məlumata görə, Şəkidə keçirilən yarışda 10 komandadan 100-dən çox idmançı iştirak edib. İlk 2 yerə Bakı  komandaları layiq görülüb. Belə ki, 1-ci yerdə "313",  2-ci yerdə "Kamara" komandası qərarlaşıb. Üçüncü sırada isə Sumqayıtın "Maksimum" komandası yer alıb.
Yarış 3 mərhələdə keçirilib. İdmançılar Sinxron, Yaddaş və Hoda  mərhələlərində mübarizə aparıblar.
Qeyd edək ki, bu yarışın özəlliyi ondan ibarətdir ki, burada müsiqiləri idmançılar kapoeyranın öz alətlərində canlı ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə