Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0. Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək təslim olub.
Bu nəticədən sonra Ş.Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2-4-cü yerləri bölüşdürür.
Bu gün keçiriləcək 7-ci turda Ş.Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB