“Bavariya” Kinqsli Komanla müqaviləni yeniləyib

“Bavariya” Kinqsli Komanla müqaviləni yeniləyib

“Bavariya” futbolçusu Kinqsli Komanla müqaviləni yeniləyib. Klubun saytında yer alan xəbərə görə, 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, 2015-ci ildə “Yuventus”dan “Bavariya”ya keçən fransalı futbolçu bu mövsüm Almaniya klubunun heyətində ümumilikdə 24 oyunda 4 qol vurub, 7 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə