Nuri Şahin milli komanda karyerasını başa vurub

Nuri Şahin milli komanda karyerasını başa vurub

Dortmund “Borussiya”sının türk futbolçusu Nuri Şahin gələcək karyerası ilə bağlı önəmli qərar verib. SİA-nın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi milli komanda karyerasını başa vurduğunu açıqlayıb. O, bu barədə şəxsi instaqram səhifəsində paylaşım edib.

Qeyd edək ki, Nuri Şahin Türkiyə millisinin heyətində 52 oyun keçirib. O, bu oyunlarda qol vurub və 3 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə