Ukraynanın “Dinamo” (Kiyev) klubu avrokuboklardan kənarlaşdırıla bilər. SİA-nın məlumatına görə, buna paytaxt klubunun UEFA-nı aldatması səbəb göstərilir.
Ukrayna Futbol Federasiyasına UEFA-dan məktub göndərilib. Nyondan gələn məktubda “Dinamo”nun avrokuboklarda iştirak üçün lisenziya almaq məqsədilə doğru olmayan faktlar göstərdiyi qeyd olunub.
“Dinamo”nun müəyyən borcları olsa da, UEFA-da müvafiq attestasiyadan keçərkən həmin faktları gizlədib. Söhbətin dəqiq hansı borclardan getdiyi açıqlanmır.
Kiyev klubunun qayda pozuntusu sübuta yetirilsə, komandanın avrokuboklarda iştirak hüququndan məhrum edilməsi istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB