Rəhim Əliyev: “Formula 1-in formatında nəyisə dəyişmək çətin olacaq” - AÇIQLAMA
“Formula 1-in yeni sahibləri yenilik etmək istəyirlər. Amma hazırda yarışların həftəsonu formatı idealdır. Formula 1-in formatında nəyisə dəyişmək çətin olacaq. Ross Braun özü də bu bazarın yetirməsidir və yaxşı bilir ki, cümə günü kimə və nəyə lazımdır”. Bunu SİA-ya açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.
O qeyd edib ki, yarışlarda cümə gününün proqramının ləğv edilməsi TV yayımından gələn gəlirləri də azalda bilər: “Cümə gününün proqramı ləğv edilsə, komandalar yenilikləri və sürücüləri necə yoxlayacaqlar? Yəni, bu təklifin əleyhinə olan maddələr daha çoxdur, nəinki lehinə. Cümə gününü ləğv etməklə yarışların sayını artırmaq istəyirlər. Mövsümdə 20 cümə günü var, hər birində də 2 saat yarımlıq sessiya cəmi 60 saat edir. Bunun əvəzinə təqvimə 15 yarış gətirə biləcəklərmi? Ona görə də bu sahədə inqilab etməzdən əvvəl bütün müsbət və mənfi cəhətlər ciddi ölçülüb-biçilməlidir. Əgər heç olmasa, yeni 8-10 yarış əllərində real olarsa, bəlkə komandalarla danışıqlara başlaya bilərlər. Amma bu gün bu barədə danışmaq çox tezdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB