İstanbul derbisində qolsuz bərabərlik

İstanbul derbisində qolsuz bərabərlik

Futbol üzrə Türkiyə superliqasında İstanbul derbisi keçirilib. Lider “Qalatasaray” öz meydanında əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. FİFA referisi Cüneyt Çakırın idarə etdiyi qarşılaşma 0:0 ilə nəticələnib. 73-cü dəqiqədə "Qalatasaray"dan Belhanda ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan qovulub.

9 turdan sonra 23 xalı olan “Qalatasaray” liderliyini qoruyur. “Fənərbaxça” 15 xalla 6-cı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə