“Beşiktaş” “Gənclərbirliyi”nə məğlub olub

Türkiyə Super Liqasında 8-ci tura start verilib. SİA-nın məlumatınna görə, ilk oyun günündə bir görüş keçirilib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Beşiktaş” gözlənilmədən autsayderə məğlub olub – 1:2.

Bu qələbə ilə xalını 7-ə çatdıran “Gənclərbirliyi” sonuncu yerdən 15-ci pilləyə yüksəlib. “Beşiktaş” isə 14 xalla ikincidir.

13 oktyabr

“Gənclərbirliyi” – “Beşiktaş” 2:1
Qollar:
Muriqi, 16 (1:0), Şekiç, 73 (2:0), C.Tosun, 87-pen (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə