Kişilərdən ibarət yığmamız İtaliya və qadınlarımız isə Macarıstan yığması ilə qarşılaşacaqlar

Kişilərdən ibarət yığmamız İtaliya və qadınlarımız isə Macarıstan yığması ilə qarşılaşacaqlar

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Şahmat Olimpiadasının finişinə bir tur qalmış kişilərdən ibarət millimiz İtaliya, qadınlarımız isə Macarıstan yığması ilə qarşılaşacaq. Millimiz hesabat turuna qədər 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Rəqibimiz İtaliyanın da aktivində bizimlə eyni xal var. Lakin onlar 16-cı yerdə qərarlaşıblar.


Bu gün mübarizə aparacaq cütlükləri nəzərinizə çatdırırıq:

Karuana Fabiano - Şəhriyar Məmmədyarov

Qodena Mixele - Teymur Rəcəbov
Vokaturo Daniele - Qədir Hüseynov
Brunello Sabino  - Eltac Səfərli

12 xala malik qadınlardan ibarət seçməmiz isə turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Macarlar isə 12 xalla 12-ci yerdədirlər. Kapitan Fikrət Sideifzadə Litva üzərində qələbə qazanan heyətdə dəyişiklik etməyib.

Cütlükləri təqdim edirik

Zeynəb Məmmədyarova - Hoanq San Tranq
Türkan Məmmədyarova - Madl İldiko
Gülnar Məmmədova - Vajda Szidonia
Nərgiz umudova - Rudolf Anna 
 
Oyunlar Bakı vaxtı ilə saat 14.00-da başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə