İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, “göy-ağlar” “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Vest Bromviç” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro ödəyib.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Gibbs ötən mövsümdə 22 oyunda şans qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB