Hacı Əliyev güləş tariximizdə yeni rekorda imza atmağa yaxındır

Hacı Əliyev güləş tariximizdə yeni rekorda imza atmağa yaxındır

Parisdə güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz ikiqat dünya çempionu Hacı Əliyev qırğızıstanlı Alibek Osmonov, Yaponiya təmsilçisi Rinya Nakamura və Slovakiya güləşçisi Mikola Bolotnjuku məğlub edərək yarımfinala yüksəlib. Kubalı Yovlis Bonne Rodrigezə də qalib gələn pəhləvanımız final mərhələsinə vəsiqə qazanıb.

H.Əliyev dünya çempionatında növbəti dəfə qızıl medal qazansa, o, Azərbaycan güləş tarixində yeni rekorda imza atmış olacaq.

Qeyd edək ki, üçqat dünya çempionu adını qazanmaq üçün güləşçimiz saat 21:00-da Rusiya idmançısı Hacımurad Rəşidovla həlledici görüşə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə