Futbol üzrə Braziliya millisinin, İspaniyanın “Real” və Türkiyənin “Fənərbaxça" klublarının keçmiş müdafiəçisi Roberto Karlos iki övladının alimentini vermədiyi üçün 3 ay müddətinə azadlıqdan məhrum edilib.
SİA-nın məlumatına görə, Rio-de-Janeyro Məhkəməsinin qərarına əsasən, 44 yaşlı Roberto Karlos keçmiş həyat yoldaşı Barbara Turlerə 20 min dollar ödəməlidir.
R.Karlos isə məhkəmədə alimentin ödənilməsinin gecikdirməsini maliyyə çətinliyi ilə əlaqələndirib.
Xatırladaq ki, braziliyalı sabiq futbolçu 9 uşaq atasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB