Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, Ukrayna millisi kişilər arasında 25 metr məsafəyə tapançadan mərkəzə atəşaçma üzrə komanda yarışında 1732 xal toplayaraq qızıl medal qazanıb. Bu yarışda Ukrayna komandası Pavlo Korostylov, Pasternak Volodimir və Roman Bondaruk ilə təmsil olunub.
Xristian Reitz, Miçel Perre və Maykl Şluter 1724 xalla Almaniya millisini gümüş medalla təmin ediblər.
Yarışın üçüncüsü isə 1714 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bürünc medalı Boris Artaud, Klement Bessaquet və Frank Kiefer qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB