Səlahət Ağayev: "Sanki illərdir "Neftçi”dəyəm" AÇIQLAMA

Səlahət Ağayev: "Sanki illərdir "Neftçi”dəyəm" AÇIQLAMA

"Neftçi"nin yeni transferi Səlahət Ağayev klub televiziyasına açıqlama verib. SİA-nın məlumatına görə, milli komandamızın da üzvü olan 26 yaşlı qapıçı bunları bildirib: "Neftçi” ölkəmizin flaqmanıdır. Hər bir futbolçu istəyər ki, "Neftçi” kimi komandada oynasın. Birinci dəfə olmağına baxmayaraq, sanki illərdir "Neftçi”dəyəm. Uzun müddət "İnter”də oynamışam. "İnter”dən sonra "Neftçi” mənə gözlədiyimdən də doğma gəldi. Ümid edirəm, bu il daha uğurlu çıxış edərik, çempionluq, avrokuboklar üçün oynayarıq. "Şalke” ilə oyuna gəlincə, hesab bizim üçün önəmli olmamalıdır. Belə oyunlar bizim üçün təcrübə baxımından əla şansdır. Düşünürəm ki, komanda şəklində oyunumuz pis alınmadı. "Şalke” kimi komandaya qarşı belə oyun göstərdiksə, məncə, hər şey normaldır”.

Bütün xəbərlər Facebook səhifəmizdə