"Roma" "Mançester Siti"nin futbolçusunu transfer edib

"Roma" "Mançester Siti"nin futbolçusunu transfer edib

"Mançester Siti"nin futbolçusu Aleksandar Kolarovun "Roma"ya keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Roma" 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, A.Kolarov 2010-cü ildən "Mançester Siti"də oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə