Co Hart "Vest Hem"də

İngiltərə yığmasının və "Mançester Siti"nin qapıçısı Co Hart özünə yeni komanda tapıb. SİA-nın məlumatına görə, 30 yaşlı futbolçu yeni mövsümdən "Vest Hem"in uğurları üçün çalışacaq. Sözügedən klub təcrübəli qolkiperi bir illik icarəyə götürüb.

Qeyd edək ki, "Şrusberi Taun"un yetirməsi olan Hart peşəkar karyerasına 2003-cü ildə başlayıb. 2006-cı ildə isə o, "Mançester Siti"yə transfer olunub. Mançester klubunda 250-dən çox oyun keçirmiş Co müxtəlif illərdə "Tranmir Rovers", "Blekpul", "Birmingem Siti" kimi komandalara icarəyə verilib. İngiltərə yığmasında 70-dən çox oyuna çıxan qapıçı son mövsümü İtaliyanın "Torino" klubunda keçirib.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com