Ötən həftə "Verder"lə yoldaşlıq görüşündə huşunu itirən və komaya düşən "Ayaks”ın gənc futbolçusu Abdelhak Nurinin karyerası erkən başa çatıb. SİA-nın məlumatına görə, onun beynində ciddi pozulmalar aşkarlanıb. A.Nurinin böyük qardaşı Abderrahim onun böyük ehtimalla gəzə, danışa və insanları tanıya bilməyəcəyini deyib: "Taleyin hökmünə təslim olmalıyıq. Biz onun sağalması üçün dua edirik. Dünya həyatı müvəqqətidir".
Qeyd edək ki, A.Nuri "Ayaks”ın əvəzedici komandasında 45 oyun keçirib. 20 yaşlı yarımmüdafiəçi aktivinə 11 qol yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB