İdman nazirləri Bakıda toplanır

Hər iki ildən bir Avropa Şurası tərəfindən Avropa ölkəlrində idman səhəsində baş verən mühüm prossesləri müzakirə etmək üçün toplaşan idman nazirləri son dəfə Yunanısatnda təşkil olunmuş iclasdan sonra bu dəfə 21-22 sentyabr 2010-cu il tarixlərində Bakıda bir araya gələcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlıumata əsasən, 2 hissədən ibarət olan 18-ci konfrans qeyri-formal xarakter daşıyır.

Qeyd edək ki, 11-12 dekabr 2008-ci tarixində Yunanıstanın Afina şəhərində Avropa Şurası İdmana məsul nazirlərin Konfransında Avropa Şurası İdmana məsul nazirlərin 18-ci qeyri-rəsmi Konfransının 2010-cu ildə Bakıda keçirilməsi qərara alınıb.

Konfransın 1-ci hissəsində "Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq", ikinci hissəsində isə "ümumavropa idman əməkdaşlığı" mövzuları müzakirə olunacaq. İdmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə edilmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzində olacaq. Bununla yanaşı Antidopinq Konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının da monitorinqi müzakirə ediləcək.

Qonaqlar qismində konfransda AŞ-nin idman sahəsinin də daxil olduğu baş direktorluğunun direktoru, xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, "Sport Akkord" təşkilatının rəhbəri, Avropa Ədalətli Oyunlar hərəkatının vitse-prezidenti və baş katibi və daha 10-a yaxın İdman təşkilat rəhbəri iştirak edəcək. 18 ölkənin (İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, Macarıstan və s) idman naziri, nazir müavini, dövlət katibinin qatılacağı nəzərdə tutulan tədbirdə artıq 35 ölkə bu günə kimi öz iştirakını təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...