Messi “Barselona” ilə danışıqlara başlayır

Dünən doğma şəhəri Rosarioda evlənən argentinalı futbol ulduzu Lionel Messi, “Barselona” ilə müqaviləsini qarşıdakı günlərdə yeniləyəcək. "AS" nəşrinin yazdığına görə, ulduz futbolçu artıq bu gün İspaniyaya yollanır. O, qarşıdakı günlərdə klub rəhbərliyi ilə müqavilə barədə razılıq əldə etmək istəyir. Messi yeni mövsümün hazırlıqlarının startına kimi - 12 iyula qədər sözləşmənin rəsmən uzadılmasının tərəfdarıdır.

Xatırladaq ki, argentinalı forvardın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə