Həndbol üzrə kişilərdən ibarət milli komandamız Bolqarıstanda keçirilən “Challenge Trophy”də növbəti görüşünə çıxıb. SİA-nın məlumatına görə, yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb.
Həndbolçularımız rəqibi 39:21 hesabı ilə diz çökdürüblər. İlk yarıdan sonra millimiz 21:7 hesabı ilə öndə olub.
Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medallar uğrunda yarışmaq şansını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB