Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb

Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb. SİA-nın məlumatına görə, "Çelsi", "Latsio" və "Arsenal" 23 yaşlı futbolçuunu transfer etmək niyyətindədir. İngilis klubları buna daha şanslıdır. "Latsio" isə Hakana əsas heyətdə oynamağa zəmanət verməklə onu cəlb etməyə çalışır.

Ötən mövsüm futbolçu 15 oyunda meydana çıxmışdı. Buna səbəb "Trabzonspor"un şikayəti əsasında ona verilən 4 aylıq diskvalifikasiya idi.

Bütün xəbərlər Facebook səhifəmizdə