İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu, üçüncü komandanın da adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, söhbət "Haddersfild" klubundan gedir. Sözügedən komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində "Ridinq"lə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında hesab açılamayıb. Oyuna artırılmış dəqiqələrdə də komandalar fərqlənə bilmədiyi üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada rəqibini məğlub edən (4:3) "Haddersfild" 45 ildən sonra ilk dəfə Premyer Liqada oynamaq hüququ qazanıb.
Qeyd edək ki, "Haddersfild"dən öncə "Nyukasl" və "Brayton" komandaları Premyer Liqaya vəsiqəni təmin etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB