BOS "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb

BOS "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb
Qətərin paytaxtı Doha şəhərində Dünya Stadionlar Konqresi keçirilib. SİA-nın məlumatına görə, tədbirin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Bakı Olimpiya Stadionu (BOS) "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb. BOS-un tikintisində iştirak edən Tekfen İnşaat və Heerim Memarlıq və Planlama da təbrik edilib. Müxtəlif kateqoriyalar üzrə Moskva VTB Arena, Barselona Kamp Nou, Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin Həzza Bin Zayed stadionu mükafata layiq görülüb. Səsvermənin münsifləri məşhur tikinti ekspertləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.

Bütün xəbərlər Facebook səhifəmizdə