"Bakı-2017": Stolüstü tennisçimiz bürünc medal qazanıb"

"Bakı-2017": Stolüstü tennisçimiz bürünc medal qazanıb"

Azərbaycan stolüstü tennis yığması "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. SİA-nın məlumatına görə, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavarini yenib - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə