"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında idmançımız Qaşım Maqomedov yarımfinala vəsiqə qazanmaq uğrunda dayanq üzərinə çıxıb.
SİA-nın məlumatına görə, idmançımız Q.Maqomedov (54 kq) bu dəfə Özbəkistan təmsilçisi Sukrob Bobobekov ilə qarşılaşıb. Görüş 25:22 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB