Futzal millimiz Avropa çempionatının finalında!

Futzal millimiz Avropa çempionatının finalında!

AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi dünən qrupdakı son matçına çıxıb. Qol.az-ın məlumatına görə, yığmamızın son rəqibi əsas izləyicisi Macarıstan olub. Görüş komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, mübarizənin getdiyi 7 qrupda ilk yerin sahibləri birbaşa həlledici mərhələyə yollanır. Qruplarda 2-ci yeri tutanlarla 3-cü pillənin sahibləri arasında ən yaxşı nəticəyə malik olan pley-offun iştirakçısı olaraq daha 4 vəsiqənin sahinini müəyyənləşdirəcək. Qeyd edək ki, millimiz ilk matçda Bosniya və Herseqovinanı 5:4, ikinci qarşılaşmada isə Albaniyaya 5:0 hesabı ilə qalib gəlib.

AÇ-2018-in seçmə mərhələsi
B qrupu, 3-cü tur

17:30. Albaniya - Bosniya və Herseqovina - 6:6
Hakimlər:
Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı

20:00. Macarıstan - Azərbaycan - 1:6
Qollar:
Rövşən Hüseynli, 01:16-avtoqol (1:0), Bolinya, 11:16 (1:1), Eduardo, 16:52 (1:2), Fineo, 21:03 (1:3), 33:13 (1:4), Xətai Bağırov, 24:12 (1:5), İsa Atayev, 35:08 (1:6)
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

3

3

0

0

16:5

9

2

Macarıstan

3

1

1

1

7:11

4

4

Bosniya və Hrs.

3

1

1

1

12:13

2

3

Albaniya

3

0

1

2

9:15

1

Bakı İdman Sarayı

Bütün xəbərlər Facebook səhifəmizdə