"Liverpul"un yarımmüdafiəçisi Sadio Mane mövsümün sonuna qədər oynamaya bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib: "Tam əmin olmasaq da, Manenin mövsümün sonuna qədər oynamamaq ehtimalı var. Bir az daha gözləməliyik. "Bornmut"la matçda meydana çıxmayacağı isə dəqiqləşib"
Xatırladaq ki, seneqallı futbolçu İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la oyunun 57-ci dəqiqəsində dizindən zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB