Bosniyalı futzalçı: “Çətin qrupa düşdüyümüzü və bizi nə gözlədiyini bilirik”

Bosniyalı futzalçı: “Çətin qrupa düşdüyümüzü və bizi nə gözlədiyini bilirik”

"Çətin qrupa düşdüyümüzü və bizi nə gözlədiyini bilirik". Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Bosniya və Herseqovina yığmasının üzvü Nijas Mulahmetoviç deyib. Aprelin 7-11-də ölkəmizdə keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Bosniya və Herseqovina yığması Azərbaycan, Albaniya və Macarıstanla birlikdə B qrupunda yer alacaq. Komandanın ən təcrübəli oyunçularından sayılan Mulahmetoviç ölkəsinin mətbuatına açıqlama verib. O, Avropa çempionatının əsas seçmə mərhələsində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarını qeyd edib: "Heyətimizin əksər üzvləri uğurlu mövsüm keçiriblər. Deməli, komandamız hazırda yaxşı formadadı. Bunu qarşıdakı oyunlarda göstərməliyik".

Mulahmetoviç qrup birincisi ola biləcəklərini istisna etməyib: "Biz irəli addım atmaq istəyirik. Əgər qrupda birinci olmaq şansımız yaransa, əlbəttə ki, bundan istifadə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə