İngiltərə Futbol Federasiyası İbrahimoviç haqda araşdırmalara başlayıb

İngiltərə Futbol Federasiyası İbrahimoviç haqda araşdırmalara başlayıb

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç haqda araşdırmalara başlayıb. Qurumun saytında yer alan xəbərə görə, buna onun İngiltərə Premyer Liqasının 27-ci turunda "Bornmut"la matçda rəqib komandanın futbolçusu Tayron Minqsi dirsəklə vurması səbəb olub. Qeyd edək ki, sözügedən epizod hakimin diqqətindən yayınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə